Niderland “Avroviziya-2027″də iştirak edəcək

0
1790178831_screenshot_7

Niderland Bolqarıstanın Burqas şəhərində keçiriləcək “Avroviziya-2027” mahnı müsabiqəsində iştirak edəcək.

 Niderlandın ictimai yayım sistemi NPO avqust ayında yayımçı AVROTROS-un müsabiqədən imtina etməsindən sonra yenidən müsabiqədə iştirak etmək qərarına gəlib.

Niderland ölkənin ictimai yayımçılarının birgə layihəsi ilə təmsil olunacaq. Təmsilçinin seçilməsi və müşayiəti üçün müstəqil ekspertlər komandası yaradılacaq. Niderlanddan olan iştirakçının adı daha sonra açıqlanacaq.

“Avroviziya-2027″nin yarımfinalları mayın 11-i və 13-də, final isə mayın 15-də Burqasda keçiriləcək.

Avqust ayında AVROTROS müsabiqədə iştirak etməyəcəyini elan edərək bildirib ki, iştirakçı ölkələrdən biri irimiqyaslı hərbi münaqişədə iştirakını davam etdirdiyi müddətcə tədbiri artıq neytral hesab etmək olmaz. Niderland eyni səbəbdən 2026-cı ildə Vyanada keçirilən müsabiqəni də boykot edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir