Zeynəb Xanlarovanın səhhəti ilə bağlı AÇIQLAMA

0
1790173015_zeyneb-xanlarova-1

Xalq artisti Zeynəb Xanlarovanın səhhəti ilə bağlı məlumat yayılıb.

Yayılan məlumatlarda sənətçinin əməliyyat olunduğu iddia edilib.

Zeynəb Xanlarova hazırda İstanbulda istirahət edir.

Mənbənin bildirdiyinə görə, Xalq artisti heç bir əməliyyat keçirməyib.

“Zeynəb xanım heç bir əməliyyat olunmayıb. Hər yay İstanbula istirahətə gəlir. Hazırda Bakıda “Formula-1″ə görə yollar bağlı olduğu üçün bu dəfə səfər müddətini bir qədər uzadıb. Əhvalı çox yaxşıdır və səhhəti ilə bağlı heç bir problemi yoxdur”, – deyə mənbə bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir