Bu sektorda ilin əvvəlindən əmək müqavilələri 36 min artıb – Nazir müavini açıqladı
Bunu iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev deyib.
O bildirib ki, cari ilin yanvar-sentyabr aylarında əsas kapitala yönəlmiş 14,7 milyard manat investisiyanın 9,8 milyard manatı qeyri-neft-qaz sektorunun payına düşüb:
“Özəl sektorun məşğulluqdakı rolu da artır. Qeyri-neft-qaz sektorunda əmək müqavilələrinin sayı ilin əvvəlindən 36 min artaraq 1 milyon 67 minə çatıb. Bu, ölkə üzrə əmək müqavilələrinin 84,5%-dir. Proqramlar onu göstərir ki, sahibkarların fəaliyyət şərtləri artıq iqtisadiyyatın və məşğulluğun böyük bir hissəsinə birbaşa təsir edir”.
Nazir müavininin sözlərinə görə, maliyyəyə, infrastruktura çıxışda yaranan hər bir çətinliyin nəticəsi həm investisiyada, həm də iş yerlərində özünü göstərir:
“İxrac göstəricilərinə də bu baxımdan yanaşmalıyıq. Cari ilin yanvar-avqust aylarında qeyri-neft-qaz ixracı 17,4% artaraq 2,8 milyard ABŞ dollarını ötüb. Bu artımı davam etdirmək üçün müəssisələrimizin məhsuldarlığının yüksəldilməsi, istehsal-daşıma xərclərinin azaldılması, xarici bazarlarda mövqelərin gücləndirilməsi tələb olunur. Daxili bazarda rəqabət həmin hazırlığın mühüm hissəsidir”.