Pul köçürmələrində bu tariflər endirildi
Xəbər verdiyimiz kimi, Mərkəzi Bankın İdarə Heyətinin 15 sentyabr 2026-cı il tarixli 39/5 nömrəli Qərarı ilə ödəniş sistemləri üzrə yeni xidmət haqları təsdiq edilib.
Real Vaxt Rejimində Hesablaşmalar Sistemi (AZIPS) və Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemində (XÖHKS) tətbiq edilən xidmət haqlarının yuxarı həddi müvafiq olaraq 2 və 1,5 dəfə endirilib.
İrihəcmli əməliyyatlar üzrə xidmət haqlarının yuxarı həddi 2 dəfə endirilib və yeni qərarda 40 min AZN-dən yuxarı ən böyük köçürmələr üçün tarif cəmi 20 AZN sabit olaraq dondurulub.
Gündəlik xırda ödənişlər üzrə xidmət haqlarının yuxarı həddi isə 1,5 dəfə azaldılıb və ən yüksək məbləğ intervalları üçün tarif cəmi 10 AZN olaraq sabitlənib.