Azərbaycan-Gürcüstan sərhədində yük avtomobillərinin böyük növbəsi yaranıb

0
1787059366_1704727744_qrmz-korpu-tirlar

Azərbaycan-Gürcüstan dövlət sərhədində yük nəqliyyat vasitələrinin yaranan sıxlığı ilə əlaqədar olaraq Azərbaycan və Gürcüstan gömrük xidmətləri rəhbərliyi arasında müzakirələr aparılıb.

Bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsindən bildirilib.

“Sıxlığın aradan qaldırlıması, sərhədkeçmə proseslərinin daha da sürətləndirilməsi üçün müvafiq zəruri tədbirlərin həyata keçirilməsi planlaşdırılıb”, – qeyd edilib.

Qeyd edək ki, Azərbaycan-Gürcüstan sərhədində, “Qırmızı Körpü” gömrük-keçid məntəqəsində son günlər yük avtomobillərinin hərəkətində ciddi sıxlıq müşahidə olunduğu, Gürcüstan tərəfdə, Marneuli istiqamətində yüzlərlə TIR-ın növbə gözlədiyi bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir